Türkiyədə 5 azərbaycanlı qadını fahişəliyə cəlb edən şəxslər danışdı
5 nəfər qadını işləmək adı ilə Türkiyəyə aparan və onları cinsi istismara məruz qoyan şəxslər hakim qarşıısna çıxarılıb.
Minval.İnfo xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham edilən Xəyal Ələkbərov və Zəhra Quliyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihamda yazılır ki, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında bir neçə nəfər qadını qadını Türkiyəyə aparıb.
Belə ki, 5 nəfər- Arzu Səmədova, Şəhanə Qadımova, Nərgiz Cəfərova, Ruhiyyə Alıyeva və Pərvanə Məmmədova (ad və soyadlar şərtidir) təqsirləndirilən şəxslərin cinayət əməllərinin qurbanları olublar.
İttihamda yazılır ki, onlar 5 nəfəri Türkiyəyə yüksək maaşla işləmək adı ilə aparıblar. Qurbanları avtobus və təyyarə ilə Türkiyəyə yol salıblar. Onları Türkiyədə Zəhra Quliyeva özü qarşılayıb. Onların xarici pasportunu alaraq onları cinsi istismara məruz qoyub və yaşadıqları evdə ayrı-ayrı şəxslərlə intim münasibətdə olmağa məcbur ediblər.
Elan olunmuş ittihamla Xəyal Ələkbərov özünü təqsirli bilməyib. O deyib ki, zərərçəkmiş qadınları Türkiyəyə iş üçün göndərib.
Zəhra Quliyeva da özünü təqsirli bilmədiyini deyib.
Zərərçəkmiş şəxslər isə məhkəmə prosesində iştirak etməyib.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağstafada ailə dramı: Həyat yoldaşını boğdu, polisə təslim oldu
Şirvanda 18 minlik oğurluq: Şübhəli saxlanıldı
Kozinoğlunun məzarı açılır: Ölüm səbəbi araşdırılır
Ağdərədə 21 yaşlı gənc minaya düşdü
Yaşıllıqlara ziyan: 43 min manatlıq itki!
Azərbaycanlı dənizçilərin həbs müddəti uzadıldı
Giorgi Baramidze dövlətə xəyanət ittihamı ilə saxlanıldı
