37 yaşlı kişi onunla yaşamaq istəməyən arvadını öldürdü - Şok təfərrüat
Bakıda keçmiş arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Xosrov Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.
Qeyd edək ki, ötən il oktyabrın 6-da Əmircan qəsəbəsində Xosrov Məmmədov 1985-ci il təvəllüdlü həyat yoldaşı Əfsanə Məmmədovanı bıçaqlayaraq öldürüb. Hadisədən sonra o, polisə təslim olub.
Məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib. Bir il əvvəl Xosrov Məmmədovla Əfsanə Məmmədova rəsmi qaydada boşanıblar. Amma Xosrov Əfsanədən əl çəkməyib və onunla eyni evdə yaşamaq istəyib. Əfsanə isə onun istəyi ilə razılaşmayıb, bir yerdə yaşamaq barədə Xosrovun təklifinə rədd cavabı verib.
Oktyabrın 6-da, səhər saatlarında Xosrov yenidən barışmaq istəyi ilə Əfsanənin yaşadığı ünvana gəlib. Əfsanə Xosrova əhəmiyyət verməyib və azyaşlı qızı ilə birlikdə təmizlik işləri görmək məqsədilə xadimə işlədiyi evə yollanıb.
Xosrov onu arxadan izləyib, həmin ünvana çatana yaxın arxadan Əfsanəyə bir neçə bıçaq zərbəsi vurub.
Cinayəti törədən Xosrov Məmmədov daha sonra polisə gələrək, arvadını öldürdüyünü deyərək təslim olub.
İstintaqa ifadə verən Xosrov Məmmədov törətdiyi əməli etiraf edib. Qeyd edib ki, Əfsanədən ayrılmaq fikri olmayıb, onunla birlikdə yaşamaq istəyib: “Əfsanə mənimlə razılaşmadı. Bundan çox əsəbləşdim, özümdə olan bıçaqla Əfsanəni vurdum”.
İstintaq orqanı tərəfindən Xosrov Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
teleqraf.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir