3 bacının yeganə qardaşı - Şəhidimiz 2 ay əvvəl evlənibmiş... - VİDEO
Xəbər verdiyimiz kimi, Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində 50 nəfər hərbçimiz şəhid olub.
Bakupost.az xəbər verir ki, Vətən uğrunda canından keçənlərdən biri də Lerikin Əlivə kəndindən olan Sadıxov Şəmistan Abdulağa oğludur.
Şəhidimizin cənazəsi dünən axşam saatlarında doğulduğu kəndə gətirilib, böyük izdihamla qarşılanıb, qonşu kəndlərdən, rayonlardan insanlar axın edib.
28 yaşlı Şəmistan ömrünün 7 ilini hərbidə, Sərhəd Qoşunlarında gizir kimi xidmət edib.
3 bacının yeganə qardaşı olan Şəmistan, bacılarını köçürəndən sonra evlənməyə qərar verib.
Elə 2 ay öncədə o, ailə həyatı qurub.
Bir həftə əvvəl isə həyat yoldaşı Lənkəran şəhərində əməliyyat olunubmuş. Buna görə də ona 5 günlük məzuniyyət verilib.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
3 gün əvvəl Lənkərana gələrək yoldaşına xəstəxanada baş çəkib. Sonra kəndə evlərinə gəlib. Elə həmin gün, yəni iki gün əvvəl təcili onu geri çağırıblar.
Məhərrəmlik çatdığından ailə Şəmistanın heç toy kasetinə də baxmağa macal tapmayıb.
https://youtu.be/qgKk6Nq61q0
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı