18.03.2020 - 16:57
Təhsil 41 baxış

29-u dərslər başlayır — Tələbələr Bakıya necə qayıdacaq? - AÇIQLAMA

Nazirlər Kabineti yanında operativ qərargah martın 19-da saat 00.00-dan etibarən respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılmasının martın 29-dək dayandırıldığını açıqlayıb.

Koronavirusa görə respublikanın bütün təhsil müəssisələrində təxirə salınan dərslərin mart 29-u başlaması tələbələr arasında sual yaradıb.

“Minval.info” xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahdan “MediaPost”un sorğusuna cavab olaraq bildirilib ki, dərslər başlayana qədər bu haqda ətraflı məlumat veriləcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: