28 min abituriyent arasında maksimum balı bu qız toplayıb - FOTO
Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.
İmtahanda III ixtisas qrupu üzrə bir abituriyent Bakı şəhəri, 192 saylı orta məktəbin məzunu Zülfiyeva Səbinə Novruz qızı ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb.
Maksimum bal toplayan abituriyent Oxu.Az-a danışıb.
O, bakalavr təhsilini Azərbaycanda alacağını deyib:
“Buraxılış imtahanında 270 bal toplamışam. Hüquq fakültəsini seçəcəyəm. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və ya Bakı Dövlət Universitetində təhsil alacağam. Magistratura təhsilimi isə xaricdə davam etdirəcəyəm”.
Səbinə Zülfiyeva qeyd edib ki, ona ən böyük dəstəyi anası göstərib:
“Müəllimimin mənim üzərimdə rolu böyükdür. İngilis dili və tarix fənnindən dərs deyən müəllimlərim məni universitetə təmənnassız hazırlaşdırıblar. Onlara, məktəb direktoruna, xüsusilə anama təşəkkür edirəm. Hər biri mənə dəstək olublar”.
Xatırladaq ki, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçirilən qəbul imtahanlarında 28 291 abituriyent iştirak edib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə 12 mindən çox bina dağılıb
“A+CO” ASC-nin əməkdaşı şirkətin 111 min manata yaxın pulunu mənimsəyib
Hərbi Prokurorluqdan kapitanın intiharı barədə açıqlama
Azərbaycan və Ukrayna XİN başçılarının görüşü olub
Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi başlayır
Daha bir tarixi anlaşma - neft yatağı Türkmənistanla birgə istismar ediləcək
Bakıya yağış yağdı, küçələri yenə su basdı - VİDEO