2018-ci ildə dünyanın ən dəqiq aviaşirkət və aeroportlarının reytinqi tərtib edilib
“OAG Aviation Worldwide” analitika firması 2018-ci ilin yekunlarına görə dünyanın ən dəqiq aviaşirkət və aeroportlarının reytinqini tərtib edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, reytinq məlumatlarına görə, Panamanın “Copa Airlines” şirkətinin reyslərində gecikmələr və qeyri-dəqiqliklər daha az müşahidə olunub. Bu siyahıda ilk onluğa Latviyanın “airBaltic”, Qətərin “Airways”, Hollandiyanın KLM, habelə “Hong Kong Airlines”, “Hawaiian Airlines”, “Bangkok Airways”, “Qantas Airways”, “LATAM Airline”, “Azul” daxil olub.
Tokionun “Haneda” aeroportu iri aeroportlar arasında (ildə 30 milyon yola salınan sərnişin) dəqiqliyinə görə lider olub. Moskvanın “Şeremetyevo” aeroportu “Əsas aeroportlar” (ildə 20-30 milyon sərnişin) kateqoriyasına başçılıq edib, ən dəqiq işləyən kiçik aeroport isə (ildə 2,5-5 milyon sərnişin) Minsk aeroportu sayılıb.
Reytinq 2018-ci ilin reysləri barədə 58 milyon məlumat əsasında tərtib edilib. Burada reyslərin göndərilməsi və qəbulu vaxtı üzrə məlumatlarının 80 faizindən çoxu analitiklərin sərəncamında olan aviaşirkət və aeroportlar göstərilib. Ekspertlər nəzərdə tutulan göndərilmə və qəbuletmə vaxtından 15 dəqiqə ərzində həyata keçirilən reysləri vaxtında yerinə yetirilmiş reyslər sayıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü