2010 yaşayış və qeyri-yaşayış obyekti söküləcək
Yasamal Rayon İcra Hakimiyyəti sakinlərə müraciət edib.
“APA-Economics”in məlumatına görə, müraciətdə bildirilib ki, Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli qərarı ilə Bakı şəhərinin Yasamal rayonu ərazilərdə Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazilərdə 1130, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazilərdə 880, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin baş planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan Bakının Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib.
Torpaqların dövlət ehtiyacları üçün alınmasını tələb edəcək layihə və alınmanın təsirinə məruz qalan daşınmaz əmlak haqqında məlumat verilməsi ilə bağlı 2018-ci il mayın 25-də Yasamal rayonu, İnşaatçılar prospekti, 28B nömrəli ünvanda ictimai iclas keçiriləcək.
Eyni zamanda, sakinlər onları maraqlandıran əlavə suallarla bağlı 2018-ci il mayın 25-dən etibarən həftənin II və V günləri saat 10:00-dan 18:00-dək həmin ünvana müraciət edə bilərlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"