“20 manat istədi, vermədim, söyüş söydü” – Xalası oğlunu bıçaqlayan şəxs tutuldu – VİDEO
Abşeron polisi bir müddətdir axtarışda olan şəxsi saxlamağa müvəffəq olub.
ARB TV xəbər verir ki, rayon sakini İlham Qədirov öz xalası oğlunu 50 manat borca görə bıçaqlayıb və məsuliyyətdən yayındığına görə tutulub.
Əvvəllər məhkumluq həyatı yaşayan Qədirov, cinayəti Müşviq qəsəbəsində törətdiyini etiraf edib. O, xalası oğlunun yaşadığı evə gəlib və 3 gün qabaq borc verdiyi pulu tələb edib. Məsələni yeyib içdikdən sonra həll etmək qərarına gələn xala uşaqları mübahisədən qaça bilməyiblər. Nəticədə də İlham Qədirov Xəyyam Babayevi bıçaqlayıb və hadisə yerini tərk edib.
İlham Qədirov – saxlanılan şəxs: “50 manat borc pul istəmişdi ki, anam göndərəcək, qaytaracam. Mən də verdim, üstündən 3 gün keçdi amma qaytarmadı. Yeyib içəndən sonra dedi yenə 20 manat ver. Qaytaranda 70 manat qaytaracam. Mən də dedim arenda puludu, maşının puludu. Versəm, maşın əlimdən çıxacaq, çörək qazana bilməyəcəm. Vermədim, söyüş söydü. Yumruq atdı mənə, mən də onu vurdum. Bıçağı çıxardı, boğuşduq onunla. Əlindəki bıçaq girdi ona”.
Fakt üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
https://www.youtube.com/watch?v=YR9wJvdYCh4&t=4s
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir