19 min müəllimdən üçü maksimum bal topladı
Builki müəllimlərin işə qəbulu imtahanlarında 41 288 namizəd iştirak edib. İmtahanda iştirak edən namizədlərdən 18 881 namizəd (46 faiz) uğur qazanaraq, növbəti mərhələyə vəsiqə qazanıb.
Oxu.Az-ın məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva mətbuat konfransında deyib.
Onun sözlərinə görə, uğur qazanan namizədlər arasında üç nəfər maksimal (60 bal) nəticə göstərib:
“Bu il imtahanlarda 21 375 namizəd ilk dəfə, 19 913 namizəd isə təkrar olaraq iştirak edib. Bəzi namizədlər keçən il bir fəndən, bu il isə digər yaxın fəndən imtahan veriblər”.
“Təkrar iştirak edən namizədlərin əksəriyyəti keçən ilki nəticələrdən daha yüksək nəticə qazanıblar”, – deyə nazir müavini qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?