18 yaşlı qız sevgilisi ilə marketin damını söküb oğurluğa girdi
Yevlaxda 18 yaşlı qız sevgilisi ilə marketin damını sökərək oğurluğa girib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Minval.info”ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisindəki marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri, A.Bayramova və İ.Əliyev saxlanılıb.
Məlum olub ki, onlar qabaqcadan əlbir olaraq rayonun Xaldan kəndi ərazisindəki marketin damından qeyri-qanuna yolla içəri daxil olublar. Tütün məmulatları, danışıq kartları və məişət əşyaları oğurlayıblar. Onların zərərçəkmiş şəxsə 5550 manatdan artıq ziyan vurduğu aşkarlanıb.
Araşdırmalarla A.Bayramovanın 2004, İ.Əliyevin 1998-ci il təvəllüdlü olduğu, daha əvvəl də oğurluq əməlləri törətdikləri məlum olub.
Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gəncədə sürət qəzaları: Sakinlər təşviş içində!
Kenan və Beren 3 milyonluq villa axtarışında
FHN Zaqatalada yanğın təlimi keçirdi
Nepalda faciə: Həlak olanların sayı artır
Bədənlər -196°C-də: Ölüm sonrası həyat ümidləri
Bakıda mənzil alarkən qazancın sirri açıqlandı
Bərdədə ürəyi dayanan kişi möcüzəvi xilas edildi