An-148 təyyarəsinin istismarı dayan bilər
Rusiyada baş vermiş təyyarə qəzasından sonra Rusiya Nəqliyyat Nazirliyi An-148-in itismarını dayandıra bilər.
Minval.İnfo bu haqda məlumatı Rusiyanın nəqliyyat naziri Maksim Sokolov jurnalistlərə açıqlamasında bildirib. M. Sokolovun sözlərinə görə, bu qərar əlavə olaraq Hava Nəqliyyatı üzrə Federal Agentlik və Nəqliyyat sahəsində Nəzarət üzrə Federal Xidmətin razılığı ilə şirkətin rəhbərliyi tərəfindən qəbul edilə bilər.
Qeyd edək ki, Moskva-Orsk reysini həyata keçirən “Saratov Hava Yolları”na məxsus “An-148” sərnişin təyyarəsi “Domodedovo” hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Son məlumatlara görə, təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı