Bakıda qardaşlar arasında avtomobil qalmaqalı!
Bakıda qeyri-adi ailə münaqişəsi baş verib. Yasamal rayonu İ.Talıblı küçəsində yaşayan Şakir Məmmədov qardaşı Tural Məmmədovun məsuliyyətə cəlb edilməsini tələb edib. Şikayət Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə təqdim edilib.
Minval.info xəbər verir ki, Şakir Məmmədovun həyat yoldaşı və qayınatası da bu şikayətə qoşulub. Onlar bildiriblər ki, Tural Məmmədov ailədə tez-tez münaqişələr yaradır və son olaraq qardaşı arvadının avtomobilinin təkərlərini bıçaqla kəsib. Bu səbəbdən Tural Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xuliqanlıq) maddəsi ilə protokol tərtib olunub və məsələ Yasamal Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə ifadə verən Tural Məmmədov qardaşı arvadının avtomobilinə zərər vurduğunu etiraf edib. O bildirib ki, 2022-ci ildə avtomobil alqı-satqısı ilə bağlı şirkət yaradıb və avtomobilləri qohumlarının adına keçirib. Lakin qardaşı ona avtomobilin satıldığını deyəndə əsəbiləşərək qardaşının xanımının avtomobilinin təkərlərini deşib. Tural Məmmədov etdiyi hərəkətə görə peşman olduğunu və təkərləri yeniləri ilə əvəz edəcəyini bildirib. Məhkəmə isə Tural Məmmədovun əməlində xuliqanlıq tərkibinin olmadığını müəyyən edərək icraata xitam verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!