Səbinə Əliyeva: Ermənistanın iddiaları əsassızdır!
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Ermənistanda keçirilmiş mətbuat konfransında səsləndirilən iddiaları əsassız və qərəzli adlandırıb. Bu iddialar, Azərbaycanda erməniəsilli məhkumların dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalması, işgəncə görməsi və dini simvolların məhv edilməsi ilə bağlıdır.
Minval.info xəbər verir ki, Ombudsman Aparatından verilən məlumata görə, Səbinə Əliyeva bu iddiaların sülh danışıqlarını pozmağa yönəldiyini bildirib. O, ermənistanlı hüquq müdafiəçisinin heç bir etibarlı sübut təqdim etmədən bu cür ağır ittihamları irəli sürməsini insan hüquqlarının müdafiəsi prinsiplərinə zidd hesab edir.
Ombudsman vurğulayıb ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı bir dövlətdir və burada müxtəlif dini konfessiyalara mənsub şəxslərin hüquqları bərabər şəkildə təmin olunur. Cinayət məsuliyyəti şəxsin etnik və ya dini mənsubiyyətinə görə deyil, törədilmiş əməlin xarakterinə və məhkəmənin hüquqi qiymətləndirməsinə əsaslanır.
Səbinə Əliyeva, Ombudsmanın Milli Preventiv Qrupunun həyata keçirdiyi monitorinqlər zamanı saxlanılan erməniəsilli şəxslərlə konfidensial görüşlər keçirildiyini və onların hüquqlarının beynəlxalq standartlara uyğun təmin edildiyini qeyd edib. O, insan hüquqlarının müdafiəsinin siyasi məqsədlərə xidmət etməməli olduğunu və yoxlanılmamış faktların ictimai rəyi yanıltmaq üçün istifadə edilməməli olduğunu bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tennessidə 200 ildən sonra ilk qadın edamı
Yenicag.az 19 yaşında: Media dünyasında önəmli addım
Yaşıllıqlara 200 min manatlıq ziyan: Araşdırma başladı
Sumqayıtda 80 min manatlıq dələduzluq cinayəti!
Bakının iki küçəsində nəqliyyat məhdudiyyəti başlayır
Naxçıvanda qızıl qaçaqmalçılarına ağır cəza kəsildi
Bakıda məktəbli qıza əxlaqsız hücum edənə cəza