05.09.2026 - 12:59
Kriminal 4 baxış

Səlim Müslümovun evi yarı qiymətə satışda!

Korrupsiya cinayətlərində təqsirli bilinən keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş əmlaklarından biri olan bahalı ev yarı qiymətinə satışa çıxarılıb.

Minval.info xəbər verir ki, sözügedən ev Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşir. Altı ay əvvəl 350 min manata qiymətləndirilən bu əmlak üçün alıcı tapılmadığı üçün, icra məmuru evi 175 min manata satışa çıxarıb.

Satışdan əldə edilən məbləğ, Səlim Müslümovun cinayət əməli nəticəsində dövlətə dəymiş ziyanın bir hissəsinin əvəzi olaraq dövlət büdcəsinə köçürüləcək. Xatırladaq ki, Səlim Müslümov 27 milyon manatı mənimsəməkdə təqsirli bilinib və dövlətə dəymiş ziyanın böyük hissəsini ödədiyi üçün ona 11 il şərti cəza verilib. Bundan əlavə, onun çoxsaylı əmlakı müsadirə edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: