Azərbaycanın tanınmış kinooperatoru Amin Novruzov vəfat etdi
Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış kinooperator Amin Novruzov 79 yaşında dünyasını dəyişib. Bu barədə Azərbaycan Dövlət Film Fondu məlumat yayıb.
Minval.info xəbər verir ki, Amin Novruzov uzun illər ərzində quruluşçu operator kimi fəaliyyət göstərmiş və bir çox məşhur filmlərin çəkilişlərində iştirak etmişdir. Onun yaradıcılığına “Əhməd haradadır?”, “Bəxt üzüyü”, “Arşınmalçı”, “Birisigün, gecəyarısı…”, “Cəmşid Naxçıvanski”, “Qatır Məmməd”, “Qayınana”, “Şərikli çörək”, “Özgə vaxt”, “Son döyüş”, “Udi xalqı”, “Arxada qalmış gələcək”, “Yalan” və digər filmlər daxildir.
Amin Novruzovun yaradıcılıq irsinə bədii filmlərlə yanaşı, sənədli və qısametrajlı ekran əsərləri də daxildir. Ümumilikdə onun operator kimi 60-dan çox ekran əsərində adı qeyd olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?