12 yaşlı oğlana 3 nəfər təcavüz etdi - Azərbaycanda şok olay (VİDEO)
12 yaşlı oğlanı 3 nəfər təcavüz etdi.Sabirabadda şok olay
Sabidabadda şok olayın təfərruatları bəlli olub. “Minval.İnfo” xəbər verir ki, Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl, danış” verilişində iştirak edən S.A-nın atası Balaş Abbasov dəhşətli məqamları birbaşa efirdə qeyd edib. Onun sözlərinə görə, 12 yaşlı oğlu S.A çayda çimərkən 3 nəfər kənd sakini Bəhlul, Nihat və Orxan tərəfindən təcavüzə məruz qalıb. Atanın dəhşətli iddiaları bununlada bitmir. O qeyd edib ki, azyaşlı oğluna adı çəkilən şəxslər hədəqorxu gələrək onu sosial şəbəkələrdə biabr edəcəyini bildirib, pul tələb ediblər. Balaş Abbasov da kənd təsərüffatı ilə məşğul olduğu uçun evdə 50 min manata yaxın pulu saxladığını və pulun yerini də oğlunun bildiyini qeyd edib. Bu səbəbdən də S.A ailəsindən xəbərsiz hər dəfə bir qismini adıçəkilən şəxslərə aparıb verirmiş.
Daha sonra pulun bir qisminin yoxa çıxdığını görən Balaş Abbasov baş verən iyrənc olaydan xəbər tutub və polisə xəbər edib. Həmin günü S.A-ya yenidən 3 oğlan tərəfindən hədəqorxu gələrək pul tələb olunub. Atasının iddialarına görə, S.A bir neçə dəfə həmin şəxslər tərəfindən təcavüzə məruz qalıb.
Balaş Abbasov hələ də bu işdə heç kimin həbs olunmadığını, xüsusi olaraq ekspertiziyanın da təstiqlədiyi olayın gedişatından narahatdır. Verilişdə iştirak edən Azərbaycan uşaqlar birliyinin sədri Kəmalə Ağazadə də reklam arası uşaqla söhbət etdiyini və hadisənin həqiqət olduğunu qeyd edib.
Verilişdə yaşanan anları sizə təqdim edirik:
https://www.youtube.com/watch?v=9XpzTGZBW4A
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir