06.09.2019 - 10:58
Təhsil
29 baxış
11 illik bazadan kolleclərin boş qalan yerlərinə qəbul olanların qeydiyyatı başlayıb
Sentyabrın 6-dan tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı başlayıb.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, abituriyentlər sentyabrın 11-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər.
Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
05.10.2026 - 11:45
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
19.09.2026 - 09:07
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
18.09.2026 - 22:16
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
18.09.2026 - 20:31
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
18.09.2026 - 17:08
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
18.09.2026 - 10:08
Universitetdə təhsil müddəti qısalır?
18.09.2026 - 09:19
Könül Kərimovanın nəvəsi Dəniz məktəb yolunda!
16.09.2026 - 19:16