1 ay spirtli içkidən imtina etmək nələrə səbəb olur? — ALİMLƏR AÇIQLADI

Britaniyanın Sasseksa universitetinin tədqiqatçıları “Quru yanvar” müsabiqəsinin nəticəsini elan ediblər.
“Ölkə.Az” xəbər verir ki, aksiyada iştirakçılar 1 ay ərzində spirtli içki qəbul etməyiblər. Bu barədə “EurekAlert” portalı məlumat yayıb.
Məlumata əsasən, aksiyada 800 nəfər iştirak edib. “Quru yanvar”dan sonra bir il ərzində alimlər iştirakçıların vəziyyəti ilə maraqlanıb qida vərdişlərində yaranan dəyişikliyi tədqiq ediblər.
Nəticələrə əsasən, spirtli içkidən 1 ay müddətinə imtina etmək orqanizmin tonusunu qaldırır, dərinin vəziyyətini yaxşılaşdırır və spirtli içki qəbulunu növbəti aylarda azaldır.
Bundan başqa spirtli içkidən imtina iştirakçıların 88 faizinə pula qənaət etməyə imkan verib. Bundan başqa, britaniyalılar qeyd ediblər ki, spirtli içkiyə qarşı münasibət dəyişir, yuxu yaxşılaşır, özünənəzarət artır, çəki azalır və diqqət güclənir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!