Sankt-Peterburqda keçmiş nazirin oğlu 12 milyonluq brilyant oğurladı – Foto
Rusiyalı aktrisa Mariya Şumakova soyulub.
“Fontanka.ru” xəbər verir ki, “Şirin həyat” serialının ulduzu bu barədə özü polisə məlumat verib.
O bildirib ki, çəkilişdə olarkən avtomobilinə soxulan quldurlar içində 1.2 milyon rubl (təqribən 32400 AZN – red.) qiyməti olan “Rolex” marka saatı, iPhone X marka mobil telefonu və 12 milyon rubl (təqribən 324 min AZN – red.) dəyərində brilyant qaşlı üzüyü olan çantasını oğurlayıblar.

ƏLAQƏLİ
Türkiyə aviaşirkəti Moskvaya uçuşları ləğv etdi: Yüzlərlə sərnişin aeroportda qaldı – SƏBƏB
Hadisə yerindəki təhlükəsizlik kamerasının görüntülərinə baxan hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsin fotorobotunu çıxarıblar. Afro-amerikalıya bənzəyən şəxsin axtarışları qısa zamanda nəticə verib.

Daha əvvəl iki dəfə narkotik səbəbindən həbs olunmuş Nikita Bokoyako tezliklə ələ keçirilib. Araşdırmalar zamanı onun Malinin keçmiş Daxili İşlər nazirinin oğlu olduğu, Sankt-Peterburqda təhsil aldığı da bəlli olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mehdiabadda uşaq musiqi məktəbi yenilənir
Rusiyada məktəbli müəlliməyə bıçaqla hücum etdi
İlber Ortaylının əşyaları xeyriyyə üçün satılır
Times Meydanında bıçaqlı hücum: 1 ölü, 1 yaralı
Rusiyalı milyarderlər 20 milyard dollar itirdi
ABŞ quru qoşunları naziri istefa verdi
