İlber Ortaylının əşyaları xeyriyyə üçün satılır
Mərhum tarixçi İlber Ortaylının qızı Tuna Ortaylı, atasına aid əşyaların “WhatsApp” qrupunda satışa çıxarılması ilə bağlı açıqlama verib. Tuna Ortaylı, bu satışdan əldə olunan gəlirin xeyriyyə məqsədilə istifadə edildiyini bildirib. Minval.info xəbər verir ki, jurnalist Mirgün Cabasın YouTube proqramında qonaq olan Tuna Ortaylı, satışdan əldə olunan bütün gəlirin İlber Ortaylının xatirəsinə salınacaq meşə layihəsi üçün TEMA Vəqfinə bağışlandığını açıqlayıb.
Tuna Ortaylı, atasının çoxlu mənzilə sahib olması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. O, bir neçə evə sahib olmağın əsas səbəbinin kitabxana ehtiyacı ilə bağlı olduğunu vurğulayıb. Atasının əsas yaşayış yerinin Baltalimanı olduğunu qeyd edən Ortaylı, Yeşilköy və digər qəsəbələrdəki mənzillərin 50 minə yaxın kitabı qoruyub saxlamaq üçün istifadə edildiyini bildirib.
Xatırladaq ki, İlber Ortaylı bu ilin mart ayında şəkərli diabet və böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş və reanimasiyada müalicə alarkən vəfat etmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır