Times Meydanında bıçaqlı hücum: 1 ölü, 1 yaralı
ABŞ-nin məşhur Times Meydanında baş verən silahlı hücum nəticəsində bir nəfər həyatını itirib, bir nəfər isə yaralanıb. Hadisə Manhettendə, 7-ci prospekt yaxınlığında günorta saatlarında baş verib. 49 yaşlı Pamela Sisneros adlı qadın, metrodan çıxdıqdan sonra qırmızı çantasından iki bıçaq çıxararaq ətrafdakılara hücum edib.
Minval.info xəbər verir ki, ilk olaraq həyat yoldaşı ilə birlikdə yolu keçməyə çalışan 68 yaşlı kişiyə yaxınlaşan Sisneros, onu qarın nahiyəsindən bıçaqlayıb. Yaralı dərhal xəstəxanaya aparılıb və vəziyyətinin stabil olduğu bildirilir. Bu hücumdan cəmi 20 saniyə sonra Sisneros, 42-ci küçə istiqamətinə yönələrək 32 yaşlı başqa bir qadına hücum edib. Qarnından ağır xəsarət alan qadın, həkimlərin bütün səylərinə baxmayaraq xəstəxanada həyatını itirib.
Hücumların tamamilə təsadüfi və heç bir təhrik olmadan törədildiyi vurğulanır. Hadisə yerinə gələn polis, bıçaqlı qadını mühasirəyə alaraq silahı yerə qoymasını tələb edib. Sisneros, əlindəki bıçaqları yelləyərək polisin üzərinə doğru hərəkət etdikdə, polis məcbur qalaraq ona atəş açıb. Polis tərəfindən vurulan qadın xəstəxanada keçinib. NYPD hücumun terrorla hər hansı bir əlaqəsinin olmadığını açıqlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərdən Səudiyyə Ərəbistanının Aramco şirkətinə hücum
32 azərbaycanlı Almaniyadan geri qaytarıldı
Ukrayn zərbələri Yandeksin data mərkəzlərinə zərbə vurub
Səudiyyə Ərəbistanı Husi hücumları səbəbindən uçuşları dayandırır
Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində itkilər