02.09.2026 - 12:25
Təhsil 95 baxış

"YAŞAT" Fondundan tələbələrə şad xəbər: Şəhid övladlarına və qazilərə 2000 manatlıq mükafat – ŞƏRTLƏR

“YAŞAT” Fondu 2026-2027-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul olan şəhid ailəsi üzvləri və müharibə əlillərinə birdefəlik 2 000 manat məbləğində tələbə mükafatı təqdim edəcək.

Minval.info xəbər verir ki, bununla bağlı Fond rəsmi məlumat yayıb. Təşəbbüs çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ali məktəblərə daxil olaraq yeni tələbə adını qazanan şəxslərlə görüşüb.

Tələbə mükafatını almaq üçün müəyyən edilmiş kriteriyalar aşağıdakı kimidir:

  • DİM imtahanları üzrə: Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanında ən azı 400 bal toplayaraq ali məktəbə daxil olanlar;

  • Subbakalavrlar üzrə: Orta ixtisas təhsili müəssisələrini bitirib subbakalavr pilləsindən ali məktəbə qəbul zamanı ən azı 90 bal toplayanlar;

  • Xarici universitetlər üzrə: Dünya reytinqində ilk 1 000-likdə yer alan nüfuzlu xarici ali təhsil müəssisələrinə qəbul alan şəxslər.

Müraciətlərin qəbulu 31 oktyabr 2026-cı il tarixinədək davam edəcək. Məsələ ilə bağlı ətraflı məlumatı və müraciət qaydalarını “YAŞAT” Fondunun 8110 Çağrı Mərkəzi vasitəsilə əldə etmək mümkündür.

Xatırladaq ki, “YAŞAT” Fondu analoji sosial dəstək layihəsini və tələbə mükafatlarının təqdim olunmasını əvvəlki tədris illərində də uğurla icra edib.

XƏBƏRİN SƏSLİ VERSİYASI

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: