Rusiyalı milyarderlər 20 milyard dollar itirdi
2026-cı ilin əvvəlindən etibarən Rusiyanın ən zəngin iş adamlarının ümumi sərvəti təxminən 20 milyard dollar azalıb. Bu məlumat “Bloomberg Billionaires Index” reytinqinin nəticələrinə əsaslanır. Minval.info xəbər verir ki, rusiyalı milyarderlərin ümumi sərvəti ilin əvvəlindən 19,771 milyard dollar azalıb.
Dünyanın ən zəngin 500 şəxsi arasında Rusiyadan 18 milyarder yer alır və onların ümumi sərvəti sentyabr ayına olan göstəricilərə əsasən 263 milyard dolları keçib. Reytinq hazırlanarkən milyarderlərin sahib olduqları şirkətlərin səhmlərinin bazar dəyəri nəzərə alınıb. Bəzi şirkətlər üzrə isə sərvətin hesablanması kapitalizasiya ilə EBITDA nisbəti və ya səhmin qiymətinin səhm üzrə mənfəətə nisbəti əsasında aparılıb.
“Billionaire Census 2026” hesabatına görə, Rusiya milyarderlərin sayına görə dünyada dördüncü yerdədir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır