Türkiyə aviaşirkəti Moskvaya uçuşları ləğv etdi: Yüzlərlə sərnişin aeroportda qaldı – SƏBƏB
Türkiyənin aparıcı aviaşirkətlərindən biri Rusiya paytaxtı Moskva istiqamətində reallaşdırılmalı olan uçuşları təxirə salıb. Qərara səbəb kimi “hava məkanındakı mövcud vəziyyət” və təhlükəsizlik riskləri göstərilir.
Minval.info xəbər verir ki, reyslərin ləğv edilməsi nəticəsində hava limanlarında ciddi sıxlıq və xaos yaranıb. Bəzi reyslərin sərnişinləri 10 saatdan artıqdır ki, uçuşun bərpa olunmasını gözləyirlər.
Aviadaşıyıcının nümayəndələri yaranmış qeyri-müəyyənliklə bağlı sərnişinlərə rəsmi açıqlama veriblər: “Bizi nəyin gözlədiyini bilmirik, Türkiyə tərəfi Moskvaya uçuşların həyata keçirilməsinə qadağa qoyub”.
Ehtimal olunur ki, uçuşların dayandırılması Rusiya hava məkanında PUA təhlükəsi və mülki aviasiya üçün yaranan potensial risklərlə bağlıdır. Sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilən bu qərarın nə vaxtadək qüvvədə qalacağı hələlik bəlli deyil.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərdən Səudiyyə Ərəbistanının Aramco şirkətinə hücum
32 azərbaycanlı Almaniyadan geri qaytarıldı
Ukrayn zərbələri Yandeksin data mərkəzlərinə zərbə vurub
Səudiyyə Ərəbistanı Husi hücumları səbəbindən uçuşları dayandırır
Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində itkilər