Rusiyada məktəbli müəlliməyə bıçaqla hücum etdi
Rusiyanın Krasnoyarsk vilayətinin Kansk şəhərində 7-ci sinif şagirdi məktəbdə müəlliməyə bıçaqla hücum edib. Hadisə nəticəsində 5-i məktəbli olmaqla 7 nəfər xəsarət alıb.
Minval.info xəbər verir ki, məktəbli əvvəlcə müəllimənin üzərinə bibər qazı püskürdüb, daha sonra isə onu bıçaqlamağa çalışıb. Köməyə gələn valideynlərdən biri qızı sinifdən çıxarıb.
Şahidlərin sözlərinə görə, məktəbli hadisədən əvvəl təxminən iki saat məktəbdə olub. Belə ki, dərsdən öncə tualetə gedərək qapını içəridən bağlayıb. Təxminən 10 dəqiqə sonra oradan əlində bıçaq və içində alışdırıcı maddə olan şüşə ilə çıxıb. Onlar qızın göz bəbəklərinin genişləndiyini, əsəbi və qəribə davrandığını bildiriblər.
Əraziyə xüsusi xidmət əməkdaşları cəlb olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır