ABŞ quru qoşunları naziri istefa verdi
ABŞ-nin Quru Qoşunları naziri Den Driskoll vəzifəsindən istefa verib. İstefanın əsas səbəbi müdafiə naziri Pit Heqsetlə arasında uzun müddətdir davam edən fikir ayrılıqları olub. Tərəflər, ABŞ Quru Qoşunlarının idarə olunması ilə bağlı bir sıra mühüm məsələlərdə ortaq mövqeyə gələ bilməyiblər. Xüsusilə orduda aparılan kadr dəyişiklikləri və yüksək rütbəli zabitlərin vəzifələrindən uzaqlaşdırılması ilə bağlı yanaşmalar arasında ciddi fərqlərin olduğu bildirilir.
Minval.info xəbər verir ki, Driskollun yaxın günlərdə Pentaqondakı səlahiyyətlərini tam şəkildə təhvil verəcəyi gözlənilir. Daha əvvəl Driskollun sentyabr ayında istefa verməyi planlaşdırdığı açıqlanmışdı. Donald Tramp administrasiyası isə onun ilin sonunadək vəzifəsində qalmasını istəyirdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərdən Səudiyyə Ərəbistanının Aramco şirkətinə hücum
32 azərbaycanlı Almaniyadan geri qaytarıldı
Ukrayn zərbələri Yandeksin data mərkəzlərinə zərbə vurub
Səudiyyə Ərəbistanı Husi hücumları səbəbindən uçuşları dayandırır
Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində itkilər