Mehdiabadda uşaq musiqi məktəbi yenilənir
Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən uşaq musiqi məktəbinin binasında əsaslı təmir işlərinin aparılması planlaşdırılır. Bu məqsədlə “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən satınalma elan edilib. İşlərin ehtimal olunan dəyəri 403 min 949 manat 40 qəpik olaraq müəyyənləşdirilib.
Minval.info xəbər verir ki, layihə çərçivəsində məktəb binasının dam örtüyünün və dam konstruksiyalarının sökülməsi nəzərdə tutulur. Həmçinin binada köhnə taxta döşəmə örtükləri, taxta və brusdan hazırlanmış dayaqlar və metal su axıdıcı sistem söküləcək. Daha sonra binanın əsaslı təmir işlərinin həyata keçirilməsi və müasir tələblərə uyğunlaşdırılması planlaşdırılır.
Aparılacaq əsaslı təmir nəticəsində uşaq musiqi məktəbinin binasının texniki vəziyyətinin yaxşılaşdırılması, daha təhlükəsiz və əlverişli tədris mühitinin yaradılması, eləcə də şagird və müəllimlərin daha rahat şəraitdə fəaliyyət göstərməsi gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır