SON DƏQİQƏMərmərə dənizində dəhşətli qəza: İki gəmi toqquşdu, 10 nəfərlik heyətlə əlaqə kəsildi – FÖVQALƏDƏ ƏMƏLİYYAT
Mərmərə dənizində, İstanbulun Silivri sahillərində Türkiyə bayrağı altında üzən iki kommersiya gəmisi toqquşub. Qəza nəticəsində gəmilərdən birinin 10 nəfərdən ibarət heyəti ilə əlaqə tamamilə kəsilib.
Minval.info xəbər verir ki, faciəli insident sentyabrın 2-də gecə saat 03:00 radələrində Silivri sahillərindən təxminən 18 mil cənubda qeydə alınıb.
İstanbul Valiliyindən verilən rəsmi açıklamaya görə, Kocaelidən Aliağa limanına doğru hərəkət edən “ALSU” adlı gəmi ilə İskəndərondan Karadeniz Ereğliyə gedən “TUĞBERK İMAMOĞLU” adlı digər kommersiya gəmisi toqquşub.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Hadisə yerinə dərhal Türkiyə Sahil Təhlükəsizlik və Sahil Mühafizə Qüvvələrinin xeyli sayda dəniz vasitəsi və xilasedici helikopterləri cəlb olunub.
Aparılan ilk baxış zamanı “ALSU” gəmisində xarici görünüşdən ciddi bir zədə təsbit edilməyib. Lakin “TUĞBERK İMAMOĞLU” gəmisi və onun göyərtəsində olan 10 heyət üzvündən heç bir xəbər almaq mümkün olmayıb. Gəminin batma ehtimalı nəzərdə tutularaq ərazidə havadan və dənizdən genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Faktla bağlı araşdırmalar və axtarış işləri intensiv şəkildə davam etdirilir.
XƏBƏRİN SƏSLİ VERSİYASI
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı