Ziyafət Əsgərovun qardaşı istefasından danışdı: “Bu sahə nifrət olunası bir sistemdir”
Xəbər verdiyimiz kimi, Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri Əli Əsgərov istefa verib.
Əli Əsgərov vəzifəsindən getməsinin səbəbini Unikal.org-a açıqlayıb.
Sabiq sədr bildirib ki, pensiya yaşına çatmağına hələ üç il qalmasına baxmayaraq öz istəyi ilə işdən çıxıb:
“Mən uzun illər müalicə həkimi işləmişəm. Təsadüfən Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri vəzifəsinə təyinat almışdım. Hesab edirəm ki, komissiyanın işi işləniləsi deyil, nifrət olunmalı bir sistemdir. Qismət eləydi. İş elə gətirdi ki, gəlib burada da çalışdım”.
Ə.Əsgərov bundan sonra fəaliyyətini həkim kimi davam etdirəcəyini də istisna etməyib: “Hələlik heç yerdə çalışmıram. Qismətimi gözləyirəm. İnşallah hər şey yaxşı olacaq”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vasif Talıbovun yüksək vəzifədə olan qohumları - SİYAHI
Plyonkaya görə cərimə olacaqmı? - Yol polisindən açıqlama
Əfvlə bağlı Ramil Usubovla görüşdülər - Göstəriş verdi
“Cinçıxarma” adı ilə qətlə yetirilən Muradın cəsədi - Fotolar (+18)