Ziya Məmmədovun Həccə gedəcəyi xəbəri ilə bağlı ailəsindən - Açıqlama
Sosial şəbəkələrdə sabiq nəqliyyat naziri Ziya Məmmədovun gələn ay Həcc ziyarətinə gedəcəyi barədə xəbərlər yayılıb.
Sabiq nazirin ailəsindən “Qafqazinfo”ya bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsinin elan etdiyi qaydalara əsasən, 65 yaşdan yuxarı şəxslərin Həcc ziyarətinə getməsi qadağandır: “Bu səbəbdən də Ziya Məmmədovun bu il Səudiyyə Ərəbistanına gedərək ziyarətdə iştirak edəcəyi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”.
Qeyd edək ki, sabiq nazirin qardaşı Elton Məmmədov jurnalistlərə açıqlamasında bildirmişdi ki, Ziya Məmmədov vəzifədən azad olunandan sonra əsasən Ucar rayonunun Qazıqumlaq kəndində yaşayır və təsərrüfatla məşğul olur, vaxtının böyük hissəsini Quran oxumaqla keçirir.
Son günlərdə isə 70 yaşlı Ziya Məmmədovun adı yararsız hala düşən Bakı-Quba yolu ilə bağlı tez-tez hallanır. Qeyd edilir ki, həmin yola sabiq nazirin vaxtında 1 milyard manatdan çox vəsait xərclənsə də, həmin magistral qısa müddətdə sıradan çıxıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Ermənilər heyvanlara mina bağlayıb üstümüzə göndərirdi" - VİDEO
Mübariz Qurbanlı: "Gəncə hadisələrinin ssenarisi əvvəlcədən hazırlanıb"
Bu ünvandakı sakinlər kirayə evlərə çıxarılacaq - VİDEO
Emil Alxaslı: "SOCAR-ın neft emalı zavodunda hidrogen istehsal olunacaq"
İki gənc xanəndənin faciəvi hekayəsi
Deputatın oğlu dəfn edildi
Yağışlı hava davam edəcək
