27.11.2026 - 17:54
Qavi xarakteri və karyerası haqqında fikirlərini bölüşüb
İdman 167 baxış

Qavi xarakteri və karyerası haqqında fikirlərini bölüşüb

“Barselona”nın yarımmüdafiəçisi Qavi öz xarakteri və karyerasında qarşılaşdığı çətinliklər haqqında danışıb. Publika.az xəbər verir ki, futbolçu bu barədə “Movistar+” kanalına açıqlama verib.

Qavi bildirib ki, onun fərqli bir mentaliteti var və özünə inamı olduqca yüksəkdir. “Bu, təvazökarlıqdan uzaq kimi səslənə bilər, amma inanıram ki, mənim özünəməxsus mentalitetim var. Özümə çox inanıram. Karyeram boyunca bir çox çətin illər və vəziyyətlərlə qarşılaşmışam, amma həmişə qalib gəlmişəm. Özümü komanda oyunçusu hesab edirəm və ilin sonunda titullar qazanmağımızı istəyirəm,” – deyə o vurğulayıb.

Qavi “Barselona”nın gənclər akademiyasının yetirməsidir və 2021-ci ilin iyul ayından etibarən əsas komandada çıxış edir. Gənc yarımmüdafiəçi bu mövsüm də komandasının uğurlu nəticələr əldə etməsi üçün əlindən gələni edəcəyini söyləyib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: