27.11.2026 - 16:54
Qvardioladan futbol dünyasına mesaj: Messinin bənzəri olmayacaq!
İdman 215 baxış

Qvardioladan futbol dünyasına mesaj: Messinin bənzəri olmayacaq!

“Barselona”, “Bayern” və “Mançester Siti” klublarının keçmiş baş məşqçisi Pep Qvardiola, futbol dünyasının ən çox müzakirə olunan mövzularından biri olan Lionel Messinin səviyyəsinə yeni oyunçuların yüksələ bilib-bilməyəcəyi barədə fikirlərini bölüşüb.

Publika.az-ın məlumatına görə, Qvardiola bu barədə Romario ilə etdiyi müsahibəsində danışıb və Messinin unikal bir fenomen olduğunu vurğulayıb:

“Heç kim. Çoxlu yaxşı oyunçu var, amma onlardan heç birinin o səviyyəyə çatacağını, 15-20 il ərzində hər üç gündən bir elə yüksək səviyyədə oynayacağını təsəvvür edə bilmirəm və düşünmürəm ki, nə vaxtsa belə bir oyunçu görəcəyəm.”

Qvardiola, rekordların qırılmasının mümkün olduğunu qeyd etsə də, Messinin göstərdiyi səviyyənin təkrarlanmasının çətin olduğunu düşünür. O, Useyn Boltun rekordlarının da bir gün qırılacağını, lakin Messinin səviyyəsini başqa birinin təkrarlayacağını təsəvvür edə bilmədiyini bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: