İmaməddin Xəlilovun yeni hədəfi: paralimpiya və dünya çempionluğu
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilovun (K44, 70 kq) ən böyük hədəfi yenidən dünya və paralimpiya çempionu olmaqdır.
Baku.ws-ın məlumatına görə, 28 yaşlı idmançı bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə danışıb.
İmaməddin Xəlilov Cənubi Koreyanın Muju şəhərində keçirilmiş dünya çempionatında və Qazaxıstanın paytaxtı Astanadakı Qran-Pri Finalında bürünc medal qazanması ilə bağlı fikirlərini bölüşüb:
ƏLAQƏLİ
“Fənərbağça” “Arsenal”ın ulduzu Kristian Moskeranı transfer edə bilər
“Dünya çempionatında qızıl medal qazanmaq istəyirdim. Sadəcə, əlimdən ciddi zədə aldım və istədiyim kimi döyüşə bilmədim. Bürünc mükafatla kifayətlənmək məcburiyyətində qaldım. Astanadakı Qran-pri Finalında isə ən güclü səkkiz idmançı iştirak edirdi. Zədəli baxmayaraq, mübarizə apardım. Yarımfinalda məğlub oldum və daha sonra bürünc medal qazandım. Ən böyük hədəfim isə yenidən paraolimpiya və dünya çempionu olmaqdır”.
Xatırladaq ki, İmaməddin Xəlilov Paris-2024 Yay Paralimpiya Oyunlarının qalibidir. O, 2023-cü ildə isə dünya çempionu olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Fənərbağça” “Arsenal”ın ulduzu Kristian Moskeranı transfer edə bilər
Arda Gülərlə bağlı mühüm qərar
“Turan Tovuz” “Kəpəz”ə, “Sabah” “Araz-Naxçıvan”a qarşı
Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına məhdudiyyət qoyuldu
Qavi xarakteri və karyerası haqqında fikirlərini bölüşüb
Qvardioladan futbol dünyasına mesaj: Messinin bənzəri olmayacaq!
Sneyder Ramosun formasını hərracda bu qiymətə satdı: DÇ-2010-da almışdı