Badamdarda sürüşmə zonasında evlər üçün kompensasiya necə ödəniləcək?
Badamdar ərazisində baş verən sürüşmə hadisəsi səbəbilə sakinlərin köçürülməsi prosesi davam edir. Baku.ws-ın məlumatına görə, təxliyə olunan vətəndaşlara ödəniləcək kompensasiyanın məbləği hələ də müzakirə predmetidir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müşaviri Asif İbrahimovun açıqlamasına görə, kompensasiya məbləği əmlakın xüsusiyyətləri, yerləşdiyi ərazi, torpaq sahəsinin ölçüsü və tikilinin vəziyyəti kimi faktorlar nəzərə alınaraq müəyyənləşdirilməlidir. O qeyd edib ki, müvəqqəti təxliyə və əmlakın dövlət tərəfindən satın alınması prosedurları hüquqi baxımdan bir-birindən fərqlənir.
Ekspert vurğulayıb ki, kompensasiya hesablamalarında yalnız evin tikinti sahəsi deyil, həm də Badamdarın Bakı əmlak bazarındakı yüksək dəyəri nəzərə alınmalıdır. Torpaq sahəsinin dəyəri, evin yerləşməsi və yaxınlıqdakı infrastruktur kimi bazar amilləri də qiymətləndirmə zamanı diqqətə alınmalıdır.
İbrahimovun fikrincə, hər bir əmlak müstəqil və peşəkar qiymətləndiricilər tərəfindən fərdi qiymətləndirilməli, real bazar məlumatlarından istifadə edilməlidir. O, sakinlərə şəffaf metodologiya əsasında kompensasiya təklif edilməsini və qiymətləndirməni aparan şəxslərin obyektivliyinin təmin edilməsini vacib sayır.
Ekspert, həmçinin, dövlətin yalnız əmlakın dəyərini ödəməklə kifayətlənməməli, müvəqqəti yaşayış, kirayə və daşınma xərclərinin də qarşılanması üçün mexanizmlər yaratmalı olduğunu bildirib. O, Badamdar ərazisi üçün vahid və şəffaf kompensasiya mexanizminin hazırlanmasını məqsədəuyğun hesab edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
BDYPİ rəsmisi: Skuter sürücüləri qaydalara əməl etməlidir
İkinci Dünya müharibəsinin son iştirakçısı Cəlilabadda vəfat etdi
Horadiz–Ağbənd dəmir yolu xətti sürətlə inşa edilir
Sabah hava necə olacaq? - Proqnoz
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan Tibb Universitetində Adilə Namazovanın 100 illiyi qeyd edildi
Qəbələdə Yengicə su anbarının tikintisi davam etdirilir