Əfqanıstanda məktəb yaxınlığında partlayış: ölənlərin sayı artır
Əfqanıstanın Kunar vilayətində məktəb yaxınlığında baş verən güclü partlayış nəticəsində ölənlərin sayı artıb. Publika.az-ın məlumatına görə, hadisə nəticəsində azı 25 nəfər həyatını itirib, 50-yə yaxın insan isə yaralanıb.
Partlayış Kunar vilayətinin Andirsir rayonunda, səhər saatlarında baş verib. Filiz hasilatı ilə məşğul olan şirkətlərin partlayıcı maddələr anbarında baş verən bu hadisə, bir çox insanın yaralanmasına səbəb olub. Yaralılar vilayət xəstəxanasına çatdırılıb.
Əfqanıstan hökumətinin rəsmi nümayəndəsinin müavini Həmdullah Fitrət “X” sosial şəbəkəsində yayımladığı məlumatda qeyd edib ki, ilkin araşdırmalara görə, səhlənkarlıq və diqqətsizlik partlayışa səbəb olub.
ƏLAQƏLİ
Deputat komissarlığın yalanını üzə çıxardı: Sənədləri olan həkim belə aparılıb
Hadisənin dəqiq səbəbləri hələlik tam müəyyən edilməyib, lakin ölənlərin və yaralananların hamısının orta məktəb şagirdləri olduğu bildirilib. Rəsmi qurumlar tərəfindən hadisənin araşdırılması davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Peruda hərbi helikopter qəzası: səkkiz əsgər həyatını itirib
Naməlum silahlılar gəmini ələ keçirdi
Əfqanıstanda məktəbdə partlayış: çox sayda ölü və yaralı var
Parkda yatan azərbaycanlı həbs edildi, sonra Ukraynaya əsir düşdü
Dəm qazı yenə can aldı: Bir nəfər xilas edilib