27.11.2026 - 12:54
Sneyder Ramosun formasını hərracda bu qiymətə satdı: DÇ-2010-da almışdı
İdman 198 baxış

Sneyder Ramosun formasını hərracda bu qiymətə satdı: DÇ-2010-da almışdı

Niderland millisinin keçmiş yarımmüdafiəçisi Uesli Sneyder, İspaniya millisinin keçmiş müdafiəçisi Serxio Ramosun formasını hərracda satıb. Publika.az xəbər verir ki, bu forma Ramosun 2010-cu il Dünya Kubokunu qazandığı zaman geyindiyi formadır və hərrac Braziliyada keçirilib.

Forma Sneyderin şəxsi kolleksiyasında saxlanılırdı. Niderlandlı futbolçu bu formaya 2010-cu il Dünya Kuboku finalında İspaniya ilə keçirilən oyundan sonra mübadilə zamanı sahib olub. Həmin oyun əlavə vaxtda 0:1 hesablı məğlubiyyətlə başa çatmışdı.

Hərracda tünd göy rəngdə olan və 15 nömrəli uzunqol forma 65.126 avroya satılıb. Forma əla vəziyyətdədir və üzərindəki bütün orijinal yamaqlar və çaplar qorunub saxlanılıb.

Keçən ilin sentyabr ayında Sneyder, Dünya Kuboklarındakı çıxışları zamanı aldığı bir neçə mükafatı da satmışdı. Bunlar arasında 2010-cu il Dünya Kubokunun “Gümüş Top”u, 2014-cü il bürünc medalı və digər əşyalar var idi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: