Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına məhdudiyyət qoyuldu
Türkiyədə məşhur italyan idman jurnalisti Fabrizio Romanonun “Instagram” və X hesablarına girişin məhdudlaşdırılması qərarı alınıb. Baku.ws-ın məlumatına görə, bu addım onun sosial media hesablarında qanunsuz mərc oyunlarının reklamına yer verməsi səbəbindən atılıb.
Məlumatda qeyd olunur ki, Türkiyənin Kibertəhlükəsizlik İdarəsi Romanonun hesablarına girişin bloklanması barədə qərar verib. Bu qərarın səbəbi kimi jurnalistin hesablarında yayımlanan mərc reklamları göstərilir.
Fabrizio Romano dünya futbolunda transfer xəbərləri ilə tanınır və paylaşımlarında tez-tez “Here we go” ifadəsindən istifadə edir. Onun milyonlarla izləyicisi var və bu qərar izləyicilər arasında geniş əks-səda doğurub.
ƏLAQƏLİ
“Fənərbağça” “Arsenal”ın ulduzu Kristian Moskeranı transfer edə bilər
X platforması isə hələlik bu qərarı icra etməyib və Romanonun hesabına giriş məhdudlaşdırılmayıb. Bu durumun nə qədər davam edəcəyi isə hələlik məlum deyil.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Fənərbağça” “Arsenal”ın ulduzu Kristian Moskeranı transfer edə bilər
Arda Gülərlə bağlı mühüm qərar
İmaməddin Xəlilovun yeni hədəfi: paralimpiya və dünya çempionluğu
“Turan Tovuz” “Kəpəz”ə, “Sabah” “Araz-Naxçıvan”a qarşı
Qavi xarakteri və karyerası haqqında fikirlərini bölüşüb
Qvardioladan futbol dünyasına mesaj: Messinin bənzəri olmayacaq!
Sneyder Ramosun formasını hərracda bu qiymətə satdı: DÇ-2010-da almışdı