“Turan Tovuz” “Kəpəz”ə, “Sabah” “Araz-Naxçıvan”a qarşı
Misli Premyer Liqasında XIII turun daha iki maraqlı qarşılaşması bu gün baş tutacaq. Publika.az-ın məlumatına görə, günün ilk oyunu Qərb derbisinə şahidlik edəcək.
“Turan Tovuz” öz meydanında “Kəpəz”i qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək bu qarşılaşma saat 16:30-da başlayacaq. Hazırda “Turan Tovuz” 24 xalla üçüncü pillədədir, “Kəpəz” isə ehtiyatda bir oyun saxlayaraq 18 xalla altıncı yerdədir.
Günün ikinci matçında isə “Sabah” komandası “Araz-Naxçıvan”ı qəbul edəcək. Bu oyun Mərdəkan “Sabah Arena”da saat 19:00-da start götürəcək. Bakı təmsilçisi 24 xalla ikinci yerdədir, “Araz-Naxçıvan” isə 4 xalla sonuncu, 12-ci sıradadır.
ƏLAQƏLİ
“Fənərbağça” “Arsenal”ın ulduzu Kristian Moskeranı transfer edə bilər
Ötən gün keçirilən matçlarda “Şəfa” səfərdə “İmişli”ni 3:1 hesabı ilə məğlub edib, “Neftçi” isə evdə “Zirə”ni 1:0 hesabı ilə üstələyib. Azərbaycan Premyer Liqasında XIII tura sabah yekun vurulacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Fənərbağça” “Arsenal”ın ulduzu Kristian Moskeranı transfer edə bilər
Arda Gülərlə bağlı mühüm qərar
İmaməddin Xəlilovun yeni hədəfi: paralimpiya və dünya çempionluğu
Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına məhdudiyyət qoyuldu
Qavi xarakteri və karyerası haqqında fikirlərini bölüşüb
Qvardioladan futbol dünyasına mesaj: Messinin bənzəri olmayacaq!
Sneyder Ramosun formasını hərracda bu qiymətə satdı: DÇ-2010-da almışdı