28.11.2026 - 17:34
“Fənərbağça” “Arsenal”ın ulduzu Kristian Moskeranı transfer edə bilər
İdman 238 baxış

“Fənərbağça” “Arsenal”ın ulduzu Kristian Moskeranı transfer edə bilər

Publika.az-ın məlumatına görə, “Fənərbağça” qış transfer pəncərəsində müdafiə xəttini gücləndirmək məqsədilə “Arsenal”ın ispaniyalı müdafiəçisi Kristian Moskeranı heyətinə qatmağa çalışır. İstanbul klubu, gənc futbolçunun icarəyə götürülməsi üçün İngiltərə təmsilçisinə rəsmi təklif göndərib.

“Fanatik” nəşrinin yazdığına görə, Moskeranın “Arsenal”da kifayət qədər oyun şansı qazanmadığı üçün icarəyə göndərilməsinə müsbət yanaşılır. Hazırda hər iki klub futbolçunun qərarını gözləyir.

Əgər Mosquera “Fənərbağça”ya keçməyə razılıq verərsə, tərəflər transferin maliyyə və idman şərtlərini müzakirə edəcək. “Arsenal” icarə müqaviləsində Moskeranın müəyyən sayda matçda oynamasına zəmanət istəyir, “Fənərbağça” isə futbolçunun maaşının bir hissəsinin İngiltərə klubu tərəfindən ödənilməsini gözləyir. Transferin satınalma hüququ olmadan reallaşması ehtimalı daha yüksəkdir.

Lakin İstanbul klubu bu keçid uğrunda ciddi rəqabətlə qarşılaşır. “İnter”, “Benfika”, “Əl-Nəsr” və “Əl-Hilal” da Moskeranın xidmətində maraqlıdır. Xüsusilə “Benfika”nın icarə yarışında “Fənərbağça”nın əsas rəqibi olacağı gözlənilir.

Qeyd edək ki, həm mərkəz müdafiəçisi, həm də sağ cinah müdafiəçisi mövqeyində oynaya bilən Mosquera 2025-ci ilin yayında “Valensiya”dan 15 milyon avroya “Arsenal”a transfer olub. Onun hazırkı bazar dəyəri 40 milyon avro göstərilir. İspaniyanın U-21 millisində 15 oyun keçirən Mosquera bu mövsüm “Arsenal”ın heyətində 5 rəsmi matçda meydana çıxıb və ümumilikdə 377 dəqiqə oynayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: