28.11.2026 - 17:44
50 illik həyat yoldaşını itirən müğənni: "Onunla halallaşa bilmədik"
Maraqlı 334 baxış

50 illik həyat yoldaşını itirən müğənni: "Onunla halallaşa bilmədik"

Müğənni və bəstəkar Mustafa Keser həyat yoldaşı Nilüfer Keseri son mənzilə yola salıb. Baku.ws-ın məlumatına görə, onun İstanbuldakı Hasdal Çamlıvadi məscidində vida mərasimi təşkil edilib.

Mərasim zamanı Mustafa Keser dərin sarsıntı keçirib və ayaq üstə çətinliklə dayanıb. O, həyat yoldaşının vəfatının onun üçün çox ağır olduğunu bildirib.

“50 illik dostumu itirdim. Bunu sözlə ifadə etmək mümkün deyil. 48 ildir evli idik, nişanlılıq dövrünü də əlavə etsək, 50 il edir. Yarım əsr, bütöv bir ömrü birgə yaşadıq və gözəl günlər gördük. Sıranı pozdu, məndən əvvəl getməməli idi. Belə danışmamışdıq. Haqqımız halal olsun. Halallaşa bilmədik”, – deyə Keser qeyd edib.

Xatırladaq ki, Nilüfer Keser bir müddətdir ki, xərçəng xəstəliyindən müalicə alırdı və noyabrın 26-da xəstəxanada vəfat edib. Mustafa Keser bu kədərli xəbəri sosial şəbəkə hesabında paylaşaraq, “48 illik həyat yoldaşım, əziz həyat yoldaşım bu gün Haqqın rəhmətinə qovuşdu” sözləri ilə kədərini ifadə edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: