Zidan “Çelsi”ni çalışdırmaq üçün şərtlərini açıqladı
Madridin “Real” klubunun keçmiş çalışdırıcısı Zinəddin Zidan məşqçi fəaliyyətini İngiltərə çempionatında davam etdirə bilər. Həftəsonu Britaniya mətbuatında onun “Çelsi”yə keçidi ilə bağlı danışıqların getdiyi haqqında xəbər yayılmışdı.
“The Sun” nəşrinin məlumatına əsasən, Zinəddin Zidan “Çelsi” ilə müqavilə bağlaması üçün London klubundan iki şərtin yerinə yetirilməsini istəyib.
Zidan klubun heyətinin gücləndirilməsi üçün rəhbərliyin transfer və ya icarələrə 200 milyon funt sterlinq (təxminən 440 milyon manat – red.) ayırmasını istəyib. İkinci şərti isə “Çelsi” rəhbərliyinin “Real”a keçidi gündəmdə olan belçikalı yarımmüdafiəçi Eden Azarı komandada saxlaması olub.
Hazırkı çalışdırıcı Mauritsio Sarri paytaxt klubu rəhbərliyinin etimadını itirib. “Zadəganlar” Premyer liqanın turnir cədvəlində altıncı pillədə qərarlaşıb.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?