Zərgərlik işçisi 3 kq qızıl oğurladı: Həbs edildi
İstanbulun Fetih bölgəsində bir zərgərlik dükanında çalışan şəxs, üç il ərzində dükandan 3 kiloqram qızıl oğurlayıb. O, bu müddət ərzində oğurladığı qızılları sataraq əldə etdiyi pulla arvadına villa alıb.
Minval.info xəbər verir ki, Onur Y. adlı şəxs, oğurluğu ortaya çıxanda yalnız 600 qram qızıl götürdüyünü etiraf edib. O, dükan sahibinə bir avtomobil və 1 milyon lirə ödəyərək məsələni polissiz həll etməyə çalışıb. Lakin daha sonra kassa və mal sayını yoxlayan müdir, 3 kiloqram qızılın əskik olduğunu aşkar edib. Bu dəfə işçi günahını etiraf etməyib.
Onur Y.-nin Tekirdağda arvadının adına ev alması ilə işin üstü açılıb. Məhkəmə, onun 40 min lirə maaş və 25 min təqaüdlə bu dəyərdə evi və maşını ala bilməyəcəyini müəyyən edərək, ona həbs cəzası verib. Prokurorluq isə alınan evə həbs qoyub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda mənzil dələduzu saxlanıldı: 15 min manatlıq fırıldaq!
Anar Məmmədli və Anar Abdullaya ağır cəza
Avropa Komissiyası Ermənistanla vizasız rejimi təxirə salır
Fidan Abbasova narkoloji qeydiyyata niyə alınmır?
Hümmət Əliyev maliyyə cinayətində ittiham olunur
Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir
Misir Mərdanov BDU-da tədris planını dəyişir