Zelenski: "Ukrayna Ordusu sürətlə irəliləyir - onlarla yaşayış məntəqəsi azad edilib"
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Ordusu hazırkı müdafiə əməliyyatı çərçivəsində Ukraynanın cənubunda kifayət qədər sürətli irəliləyiş əldə edib.
Prezident qeyd edib ki, bir həftə ərzində onlarla yaşayış məntəqəsi azad edilib. Bu barədə dövlət başçısı axşam videomüraciətində bildirib.
“Bu gün cəbhə xəttindən xoş xəbərimiz var. Xerson, Xarkov, Luqansk və Donetsk vilayətlərində onlarla yaşayış məntəqəsi azad edilib. Xerson vilayətində Lyubimovka, Xreşenivka, Zolotaya Balka, Belyaevka, Ukrainka, Aleksandrovka, həmçinin Davidov Brod yaşayış məntəqələri azad edilib. Və bu, hələ tam siyahı deyil. Əsgərlərimiz dayanmır. İşğalçını bütün torpaqlarımızdan qovmağımız isə an məsələsidir”, – dövlət başçısı bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml Rusiya-ABŞ-Ukrayna danışıqlarına ümid edir
Kredit borcu artdı: 90 min aldı, 217 min oldu!
Abşeronda kanalizasiya suları yola axır: Sakinlər narazı
İrandan ABŞ-yə iqtisadi müharibə təhdidi!
Qumar borcu olan molla 50 milyon yığdı
İsrailin Livana hücumları: Ölənlərin sayı artdı
Tiflisdə tramvay xətti yenidən canlanır