BMT: Süni intellekt bəşəriyyət üçün təhdid ola bilər
BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Folker Türk, süni intellekt texnologiyalarının sürətli inkişafının bəşəriyyət üçün ciddi risklər yarada biləcəyini açıqlayıb. O, sosial şəbəkə hesabında süni intellekt sahəsində çalışan mütəxəssislərin narahatlıqlarını bölüşdüyünü bildirib.
Minval.info xəbər verir ki, BMT rəsmisi daha inkişaf etmiş süni intellekt sistemlərinin gələcəkdə insanlığın mövcudluğu üçün təhlükə yarada biləcəyini vurğulayıb. Süni intellektlə bağlı oxşar proqnozlar daha əvvəl də səsləndirilib. Amerikalı sahibkar İlon Mask iyul ayında bildirib ki, təxminən 5 il ərzində süni intellekt insan zəkasını üstələyə bilər.
Onun proqnozuna görə, 2036-cı ilə yaxın robotlar və süni intellekt sistemləri fiziki və zehni əməyin böyük hissəsini yerinə yetirə biləcək. Bu halda insanların işləməsi zərurətdən daha çox seçimə çevrilə bilər. İsrailli tarixçi və yazıçı Yuval Noy Harari isə avqust ayında Maskın süni intellektlə bağlı proqnozlarında ziddiyyət olduğunu bildirib. Hararinin fikrincə, Mask bir tərəfdən süni intellektin təxminən 10 il ərzində dünya üzərində nəzarət əldə edə biləcəyini proqnozlaşdırır, digər tərəfdən isə bunun nəticələrinin daha uzaq gələcəkdə ortaya çıxacağını düşünür.
Türkiyə vitse-prezidenti: İsrailin təxribatları qlobal enerji qiymətlərini artırır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da ara seçkilərdə diqqətlər mühüm ştatlara yönəlib
Böyük Britaniyada köhnə analoq telefon şəbəkəsi yenilənir
Ermənistanda partiya, QHT və medianın maliyyələşməsində yeni yanaşma
Kanada və AB arasında karbon vergisi mübahisəsi dərinləşir
Yapay zəka qurbanı olan oğlunun anası Türkiyəyə səsləndi