Zelenski İsveçrədən görün nə xahiş etdi
Prezident Vladimir Zelenski Ukraynanın öz ərazilərinin işğalına görə təzminat ala bilməsi üçün İsveçrənin Rusiya aktivlərini bloklamasını istəyib.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidentinin saytında məlumat yayılıb.
“Mən çox istərdim ki, İsveçrə Rusiyanın aktivlərini bloklaya bilsin və biz tamamilə ədalətli şəkildə Ukrayna ərazilərinin işğalına və Kremlin Ukraynaya qarşı törətdiyi təcavüzə görə kompensasiya ala bilək”, – deyə xəbərdə bildirilir.
Vladimir Zelenski həmçinin İsveçrə vətəndaşlarını Ukraynadakı hadisələrlə bağlı həqiqəti Avropaya çatdırmağa çağırıb: “Bunun üçün insanlar Ukraynaya gəlib burada baş verənləri öz gözləri ilə görə bilərlər”.
Prezident qeyd edib ki, xeyirlə şərin mübarizəsi məsələsində neytrallıq ola bilməz.
Xatırladaq ki, Vladimir Zelenski bu ilin sentybrın 27-də Niderland və İsveçrədəki səfirləri tutduqları vəzifələrdən azad edib.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ