“Zara məqsədli şəkildə Bakıya göndərilir…” – Deputatdan ŞOK açıqlama

Artıq bir həftədən artıqdır ki, Azərbaycan ictimaiyyəti erməni-kürd əsilli rusiyalı müğənni Zara Mqoyanın 26-29 iyul tarixində Bakıda keçiriləcək “Jara-2018” adlı festivalına gətirilməsini müzakirə edir.
Millət vəkili Qüdrət Həsənquliyevbunun hakimiyyətə qarşı təxribat olduğu düşüncəsindədir. Moderator.az-a açıqlama verən deputatın fikrincə, Zara heç də öz xoşuna gəlmir, məqsədli şəkildə, bilərəkdən Bakıya göndərilir.
“İşğalçı ordunun əsgərləri ilə şəkil çəkdirən, Ermənistanı tərifləyib, işğalı pisləməyən qadının Bakıya göndərilməsi son zamanlar baş verən hadisələrin davamıdır və iqtidarın ictimai dayaqlarının sarsıdılması üçün edilir. Sözsüz ki, siyasətdən uzaq təşkilatçı artistlər bunun fərqinə vara bilməz. Digər rəsmilər isə qorxularından reaksiya verə bilməyiblər” – deyə Qüdrət Həsənquliyev bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Alpinistlərin nəşi helikopterlə Bakıya göndəriləcək
Tibbi maska ajiotajı - həqiqətən bazada qurtarıb, yoxsa...
“Bizdə istifadə edilən testlər alman istehsalıdır”
"Papanın gül balası” olan məmur övladları
İşdən çıxarılan icra başçısını həbsə aparacaq səbəblər - "Prado", 400 min...