"Zaporoje istiqamətində uğurlarımız var"
“Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində Rusiya qoşunlarının Zolotye yaşayış məntəqəsindən hücumunun qarşısını alaraq, onları geri oturdub”.
“Report” xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.
“Rəqib artilleriya və reaktiv yayılım atəş sistemi ilə Kulbakino, Mikolaivka, Stepova Dolina, Muraxivka, Novopavlivsk, Knyazivka, Osokorivka, Lupareve və Posad-Pokrovskoye yaşayış məntəqlərini atəşə tutub. Ukrayna aviasiyası rəqibin qüvvələrinin cəmləşdiyi Xerson vilayətinin Xerson, Kaxovsk və Berislavsk bölgələrinə zərbələr endirib”, – Baş Qərargahdan bildirilib.
Qeyd edilib ki, Ukraynanın müdafiəçiləri Donetsk istiqamətində Rusiyanın “Mi-35M” helikopterini vurub: “Zaporoje vilayətində qoşunlarımızın uğurları var. Zerson vilayətində rəqib çoxlu canlı qüvvə itirib”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
2026-cı ilin avqustu: İqlim rekordları qırıldı
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi
Almaniyada müharibə bombası: 5 min nəfər təxliyə olunur