Zamirə Hacıyevanın bir milyonluq üzüyü müsadirə olundu – Foto
Britaniyanın aidiyyəti qurumları həbsdə olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın bir milyon funt sterlinqdən bahalı (təxminən 2,2 milyon manat – red.) briliyant üzüyünü müsadirə edib.
Oxu.Az xəbər verir ki, bu haqda Telegraph məlumat yayıb.
Məlumata əsasən, Cahangir Hacıyev 8,9 karatlıq briliyant üzüyü səkkiz il əvvəl “Harrods” mağazasından alıb.
Britaniyanın Milli Cinayətlərlə Mübarizə Agentliyi bankirin həmin qiymətli zinət əşyasının hansı vəsait hesabına əldə etdiyini araşdırmaq niyyətindədir.
Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hacı Şahindən xəbərdarlıq: “Belə olarsa, oruc qəbul olunmaz!”
Sülhəddin Əkbərdən Azərbaycanda baş verənlərlə bağlı “Rusiya izi” təhlili
Gülay Kamilin həbsindən danışdı
Şinzo Abenin güllələnmə anı - VİDEO
“Zara məqsədli şəkildə Bakıya göndərilir…” – Deputatdan ŞOK açıqlama