Zakir Həsənov Türkiyəyə gedir - Masada nələr var?
Azərbaycan müdafiə naziri Zakir Həsənov bu gün Türkiyəyə səfər edəcək. O, Zəfər Bayramının 100-cü ildönümü münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak edəcək. Səfər çərçivəsində Zakir Həsənov həmkarı Hulusi Akarla da görüşəcək.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, nazirlər ikitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparacaqlar:
“Sözsüz, tərəflər Cənubi Qafqaz, o cümlədən Qarabağdakı durum haqqında da fikir mübadiləsi aparacaqlar. Ermənilərin Laçın şəhərindən, həmçinin Zabux və Sus kəndlərindən çıxması gündəmdə ola bilər. Bundan başqa, nazirlər Qarabağdakı sülhməramlıların fəaliyyətini dəyərləndirə bilərlər. İstisna deyil ki, Həsənov və Akar Ermənistanla münasibətlərin normallaşması prosesi barədə də bir- birilərini məlumatlandıracaqlar. Bundan başqa, Rusiya ilə Ukrayna arasında davam edən müharibə də, çox güman, gündəmdə olacaq, nazirlər bundan sonra da koordinasiyalı addım atmaq barədə razılığa gələcəklər”.
Müsahibimiz bildirib ki, Akar Ukraynadan taxıl icrası prosesi haqda həmkarına məlumat verə bilər:
“Həmçinin Türkiyə ilə Yunanıstan arasında münasibətlər, Suriya və İraqdakı durum da gündəlikdə olacaq.Nazirlərin birgə növbəti hərbi təlimlərə dair müzakirə aparması da istisna deyil. Bütün hallarda sözügedən görüş həm ikitərəfli, həm də regional əhəmiyyətlidir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yanan tankı əlləri ilə söndürən qazimiz - Video
Füzuli, Cəbrayıl və Zəngilanda döyüşən əsgərimiz qazi oldu
Ağdaşda sürücü yol polisinə əsəbləşib özünü yandırdı - Həmin anın VİDEOSU
Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn edilib - YENİLƏNİB
Erməniləri məğlub edən azərbaycanlı idmançılar - VİDEO