"Yuventus" 15 ildən sonra "Mançester Yunayted"i məğlub edib - NƏTİCƏLƏR
İngiltərənin “Mançester Yunayted” klubu futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində İtaliyanın “Yuventus” kollektivini qəbul edib.
“Report” xəbər verir ki, Mançester şəhərinin “Old Trafford” stadionunda baş tutan oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qolu 17-ci dəqiqədə Turin klubunun argentinalı hücumçusu Paulo Dibala vurub.
Komandalar sonuncu dəfə Çempionlar Liqasında 2003-cü ildə qarşılaşıblar. Həmin vaxt qrup mərhələsinin hər iki matçında “MY” futbolçuları evdə 2:1, səfərdə isə 3:0 hesabı ilə qələbə qazanıblar.
Hazırda “Mançester Yunayted” üç turdan sonra turnir cədvəlində 4 xal ilə 2-ci, “Yuventus” isə 9 xalla birinci yerdə qərarlaşıb.
Paralel keçən qarşılaşmalarda bu nəticələr qeydə alınıb:
Çempionlar Liqası, 3-cü tur
H Qrupu
“Mançester Yunayted” (İngiltərə) – “Yuventus” (İtaliya) – 0:1
Qol: Dibala, 17.
“Yanq Boyz” (İsveçrə) – “Valensiya” (İspaniya) – 1:1
Qol: 0:1 – Batşuayi – 26, 1:1 – Oaro – 55 (pen)
G Qrupu
“Roma” (İtaliya) – MOİK (Rusiya) – 3:0
Qol: 1:0 – Dzeko – 30, 2:0 – Dzeko – 43, 3:0 – Ündər – 50
“Real” (İspaniya) – “Viktoriya” (Çexiya) – 2:1
Qol: 1:0 – Benzema – 11, 2:0 – Marselo – 55, 2:1 – Qroşovski – 78
F Qrupu
“Şaxtyor” (Ukrayna) – “Mançester Siti” (İngiltərə) – 0:3
Qol: 0:1 – Silva – 30, 0:2 – Laport – 35, 0:3 – Silva – 70
“Hoffenhaym” (Almaniya) – “Lion” (Fransa) – 3:3
Qol: 0:1 – Traore – 26, 1:1 – Kramariç – 32, 2:1 – Kramariç – 47, 2:2 – N’Dombele Alvaro – 59, 2:3 – Depay – 67, 3:3 – Joelinton – 90+2
E Qrupu
“Ayaks” (Niderland) – “Benfika” (Portuqaliya) – 1:0
Qol: 1:0 – Mazraui – 90+2
AEK (Yunanıstan) – “Bavariya” (Almaniya) – 0:2
Qol: 0:1 – Martines – 61, 0:2 – Levandovski – 63
Qeyd edək ki, “MY” – “Yuventus” oyunu öncəsi tıxaca düşən baş məşqçi Mourinyo stadiona piyada gedib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb